Haqqında:
Ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov ilk ali təhsilini Azərbaycan Tibb Universitetində almış, daha sonra Rusiya Federasiyasının Kazan şəhərində ixtisasını təkmilləşdirmişdir. Rusiyanin və dünyanın bir neçə şəhərlərində konfranslarda çıxışlar etmiş, təkmilləşdirmə kurslarında iştirak etmiş, cərrahiyyənin son nəaliyyətlərini Bakı şəhərinə qayıdaraq burada tətbiq etməyə başlamışdır. Aspirantura təhsilini uğurla bitirərək Azərbaycan respublikasının Rusiyadakı səfirliyi tərəfindən mükafatla təltif olunmuşdur. 30-dan çox elmi məqaləsi vardır. Əsasən Endoskopik Torakal Cərrahiyyə üzrə fəaliyyət göstərməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmişdir. Dr. Cəmil Ələkbərov həmçinin Ağciyər Cərrahiyyə Mərkəzinin təsisçisi və həmçinin bu qurmuş olduğu mərkəzin hal-hazırda rəhbəridir.
Təhsili:
1986 – 1997 Orta təhsilini Beyləqan rayonu, Şərq qəsəbə orta məktəbində almışdır.
1998 – 2004 Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir.
2004 – 2006 Rusiya Federasiyası, Kazan Dövlət Tibb Üniversitetində Torakal cərrahiyyə üzrə Kliniki Ordinatura keçmişdir.
2006 – 2009 Kazan Dövlət Tibb Akademiyası Torakal cərrahiyyə üzrə Aspirantura oxumuş, dissertasiyanı vaxtından əvvəl bitirərək. səfirlik tərəfindən mükafatla təltif olunmuşdur.
İş təcrübəsi:
2009-cu ildən Ağciyər Xəstəlikləri İnistitutunda Torakal cərrahiyyə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmaqdadır.
2011-ci ildən Modern Hospitalda torakal cərrah kimi fəaliyyət göstərməkdədir.
Ağciyərin cərrahi xəstəlikləri:
Ağciyərlərin bullyoz – emfizematoz kistaları
Spontan pnevmotorakslar
Ağciyərlərin parazitar kistaları (Exinokokk, Aspergilloma)
Bronxoektaziya xəstəliyi
Ağciyərlərin absesi
Ağciyərlərin törəmələri (Hamartoma, Tuberkuloma, Karsinoma)
Hilotorakslar (Ductus thorasicus zədələnmələri)
Eksudativ plevritlər, Empiyemalar diaqnostikası və müalicəsi
Hemotorakslar
Döş qəfəsinin travmaları (ağciyərlərin zədələnməsi, qabırğaların sınıqları)
Qida borusu xəstəlikləri (perforasıiyası, leyomioması, divertikulları)
Ağciyər vərəminin müasir cərrahi müalicəsi
Diafraqmanın xəstəlikləri (relaksasiyası, travmatik perforasiyaları, törəmələri)
Divararalığının xəstəlikləri (Timomalar, dermoid kistalar, perikardın selomik kistaları, törəmələr)
Bronxial fistulaların müasir cərrahiyyəsi
Ağciyərlərdə əməliyyat sonrası baş vermiş ağırlaşmaların müasir cərrahi korreksiyası (Torakoplastikalar)
Ağciyər emfizemalarınin cərrahi müalicəsi (həcm kiçildici əməliyyatlar)
Traxeyanın daralmaları, travmatik zədələnmələri
Ağciyər qanaxmalarınin diaqnostikası və müalicəsi
Miasteniya xəstəliyinin müasir cərrahi müalicəsi
Cərrahi əməliyyatları:
Döş qəfəsində aparılan açıq əməliyyatlar (ağciyərlərin seqmentar rezeksiyaları, lobektomiya, bilobektomiya, pulmonektomiya)
Ağciyər kistalarının çıxarılması
Diafraqmanın plastikaları
Divararalığından törəmələrin, kistaların çıxarılması
Ağciyər defektlərinin ləğvi
Dekortikasiya, Torakoplasikalar
Qabırğaların plastikası
Traxeyanın plastikaları
Müasir endoskopik əməliyyatları:
Ağciyər kistalarının müasir Endoskopik üsulla çıxarılması
Spontan pnevmatoraksların müasir Endoskopik müalicəsi
Eksudativ plevrit və empiyemaların Videotorakoskopik cərrahiyyəsi
Hər iki ağciyər patologiyalarının biretaplı Endoskopik cərrahiyyəsi
Narkozsuz şəkildə icra olunan ağciyər əməliyyatları

ŞƏKİLLƏR
VİDEOLAR