Psixosomatika

Psixosomatika

Опубликовано в: | 2018-08-30
Psixosomatika
Yunancadan psyche(ruh) və soma (bədən) deməkdir.
Bu termin zehnin bədənə necə təsir etdiyini ifadə etmək üçün istifadə olunur. Psixosomatika, el arasında hərhansı xəstəlikdən heç bir fizioloji səbəbi olmadan şikayət edən insanlara "hər şey beynindədir" dedikləri insanlar üçün istifadə olunan termindir. İpoxondriya kimidə tanınan bədənsəl əlamət pozuntusu (Xəstəlik xəstəliyi), şəxsin bədənsəl, somatikəlamətləri yanlış qəbul etməsinin nəticəsi olaraq, ciddi bir xəstəliyə sahib olduğuna dair umumi və sayıqlama şəklində olmayan, daimi olaraq bu fikirlərə bağlı olaraq zehni məşğuliyyət, qorxu və düşüncələrin ən azı 6 ay müddətində davam etməsiylə özünü göstərən bir pozuntudur. Bu zehni məşğuliyyət şəxsdə stress, əsəbilik yaradaraq gündəlik həyatında işlərini görməyə maneçilik törədir. Qadın və kişilərdə yayılma faizinə görə eynidir, ən çox 20-30 yaşlı insanlarda rast gəlinir. Bu pozuntudan əziyyət çəkən insanlar hələlik müəyyən olunmamış hər hansı ağır xəstəlikləri olduğuna inanırlar və bunun əksini bu insanlara razı salmaq çox çətin olur.

Əsas əlamətləri bunlardır:
Sıxıntı yaradan vəya günlük işlərini görməkdə nəzərə çarpan dərəcədə ləngiməyə səbəb olan somatik əlamətlər
*Şəxsin əlamətlərin önəmiylə əlaqəsiz şəkildə,daimi olaraq, lazım olduğundan daha çox düşüncələrinin olması
*Öz sağlamlığı yada əlamətlərlə əlaqədar lazım olduğundan daha çox qayğılı olmaq
*Bu əlamətlərə yada sağlamlıqla əlaqədar qayğılarına aşırı zaman və mənəvi olaraq daha çox enerji sərfi
Bu insanlar psixoloji yardıma çox vaxt dirəncli olurlar, çünki özlərində hərhansı ağır xəstəlik olmadığına dair bu insanları inandırmaq çətin olur və bu insanlar özlərindəki problemin psixoloji yox fizioloji olduğuna inanırlar.
Müalicəsi: farmakoterapiya və psixoterapiya vasitəsilə olur.

Müəllif: "Psixiatr" Bəxtiyar Mustafayev

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan