Zob düyünləri nedir?

Zob düyünləri nedir?

Опубликовано в: | 2018-09-13
Zob düyünləri nedir?
Müasir dövrün ən çox yayılmış problemi zob xəstəliyidir.
Düyünlü zobda bəzi kateqoriyalar var ki, biz onları həmişə yadda saxlamalıyıq. 1 sm-dən böyük düyünlərdə hər zaman biopsiya tələb olunur. Ultrasəs müayinəsindən sonra düyün tapıldıqda sinxrofik müayinədən istifadə etməklə düyünün soyuq və ya qaynar düyün olması aşkarlanır. Qaynar düyünlər burada hormonun daha artıq sintez olunmasını göstərə bilər və adətən xoş xassəli olurlar. Soyuq düyünlər isə daha çox xərçəng dediyimiz xəstəlik yarada bilər, amma hər soyuq düyün xərçəng demək deyildir. Mütləq soyuq düyünlər və ölçüsü 1 sm-i keçən düyünlərdən biopsiya alınması məsləhətdir.

Bəzən xəstələr səhvən kiçik düyünlərdə də cərrrahi əməliyyata üz tuturlar.
Nə zaman əməliyyat göstərişi olur? Əgər düyün tək bir saydadırsa, ölçüsü 4-4,5 sm-i keçirsə bu zaman düyün əməliyyatı göstərişdir. Təbii ki, yaxşı olardı ki, biopsiya alınsın və düyünün nə xassəli olduğunu öyrənib daha sonra əməliyyata hazırlansın. Ancaq, sayı 7-8 olan, ölçüləri 1-1,5 sm olan düyünlərdə də əməliyyata göstəriş ola bilər. Burdada təbii ki, biopsiyadan sonra daha dəqiq qərar verə bilərik.

Müəllif: "Cərrah" Dr. Mehriban Məlikova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan