Beyin şişləri

Beyin şişləri

Опубликовано в: | 2018-09-18
Beyin şişləri

Beyin şişlərinin növləri haqqında nə deyə bilərsiz?
Beyin törəmələri birincili və ikincili (metastazlar) olaraq ikiyə ayrılır.

Beyin şişləri öz toxmasından inkişaf etdiyi kimi başqa bir yerdəki xərçənq hüceyrələrin qan yoluyla beyinə yerləşməsiylə, yani metastazla da inkişaf edir. Birincili beyin şişləri xoşxassəli və bədxassəli olaraq ikiyə ayrılır, həmdə dörd  dərəcədə təsnifatlandırılır. Böyüklərdə glial törəmələr, meningiomalar və hipofiz adenomalar, uşaqlarda isə glial törəmələr və medulloblastomlar beyinin en çox görülən törəmələridir.

Beyin şişlərinin yaranma səbəbləri haqqında nə deyə bilərsiz?

Yaranma səbəbi tam olaraq bilinməsədə, genetikanın, radyasiyanın, bəzi viruslar, kimyasal boyalar, bəzi qıda qatqı maddələri, hormonlar, hüceyrə biologiyasında olan problemlərin rolu olduğu bilinməktədir. Ayrıca mobil telefonların istifadəsi tam olaraq ispatlanmasada bir risk faktoru kimi düşünülməktədir.

Beyin şişlərinin əlamətləri hansılardır?

Şişin yerləşim yeri, böyümə sürəti və böyüklüyünə bağlı olaraq dəyişən; şuurun pozulması, əl və ayaqlarda artaraq davam edən güçsüzlük, davranışın dəyişilməsi, görmənin zəifləməsi və ya iki görmə, baş ağrısı, bulantı-qusma, epileptik qıcolma, eşitmə azalması,müvazinətin pozulması,  davranıışın dəyişilməsi, süd vəzindən süd axması, adət düzənsizliyi, əl-ayaqda böyümə və cinsi zəiflik kimi hormonal problemlər görüləbilir. Baş ağrısı səhərləri daha çox olmaqla əsasən şişin kütlə təsiri, onurğa beyin mayenin axar yolların tıxanması, ödəm və qanaxma ilə kəllə daxili təziyin artması nəticəsi olaraq əmələ gəlir.

Beyin şişlərinin diaqnostikası necə aparılır?

Müayinə üçün müraciət edən xəstələrdə ilkin olaraq şikayətləri araşdırılır və ayrıntılı nevroloji müayinə aparılır. Daha sonra beyin toxmasını ən yaxşı göstərən standart beyin MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsi məsləhət görülür. 

MRT hər hansı səbəbdən mümkün deyilsə KT (Kompyuter Tomoqrafiya)  müayinəsi aparılır. Bəzi şiş növləri və lokalizasiyalarda PET/KT (Pozitron Emissiya Tomoqrafiyası) müayinəsi, angioqrafiya və digər müayinələr aparılabilər. Dəqiq diaqnoz şüphəsiz ki, histopatoloji incələmə sonrası qoyulur. Bu toxuma nümunəsi cərrahiyyə əsnasında alınarsa, buna açıq biopsiya deyilir. Əğər törəmə beyində dərin vəya riskli nahiyyədə yerləşib isə o zaman stereotaktik biopsiya icra olunur.  Bu cərrahi metotda, xəstəyə xüsusi başlıq taxılaraq  MRT çəkilir və törəmənin 3 boyutlu yeri aşkarlanaraq sedasiya altında biopsiya alınır.

Beyin şişlərində müalicə üsulları hansılardır?

Beyin şişin növünə, yerləşməsinə, böyüklüyünə görə dəyişməklə birliktə müalicədə cərrahi əməliyyat, radioterapiya, kimyaterapiya kimi 3 fərqli üsullar tətbiq edilir. Ümumi bir qayda olaraq bütün xoşxassəli şişlərdə yerləşməsinə görə cərrahi müdaxilə standart bir üsuldur, ancaq törəmənin növünə görə bədxassəli olan şişlərdə cərrahi müdaxilə sonrası radioterapiya və kimyaterapiya kimi müalicə üsulları aparılmaqdadır.

Beyində aparılan cərrahi müdaxilələr yüksək texnologiya ilə təchiz edilən böyük mərkəzlərdə aparılması məqsədə uygundur.  Son olaraq onuda bildirim ki, xəstələr beyin şışlərin müalicəsindən yox, diaqnozun gec qoyulmasından qorxmalıdırlar. 

Müəllif: "Neyrocərrah" Dr. Rasim Babayev.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan