Qulağımızda təhlükə yaradan mahnılar

Qulağımızda təhlükə yaradan mahnılar

Опубликовано в: | 2018-11-28
Qulağımızda təhlükə yaradan mahnılar
 “Qulaqcıqlar eşitmə qabiliyyətinin zəifləməsinə səbəb olur.  Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri daha çoxdur”. 

Həkim Lalə Seyfullayeva qeyd edib ki, qulaqcığın nə qədər yaxın olması deyil, hansı yüksəklikdə qulaq asılmasıdır: 
“Qulaqcıqların bir neçə növləri var.
Məsələn, hamının ən çox istifadə etdiyi qulaqcıqlar sırf qulaq keçəcəyinin özünə və qulaq təbilinə təsir edir. Yekə qulaqlıqlar da var ki, digərlərinə baxanda qulaq kanalına nisbətən az təsir göstərir. Amma yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Misal üçün, əgər yanımızda nəsə partlasa onunla eyni səviyyədə yüksək səs ötürmüş olar. Bu səs qulaqdakı siniri qıcıqlandırırlar. Düşünün ki, 1-2 saat ərzində qulaq siniri qıcıqlanır. Bunun nəticəsində də qulaq pərdəsi içində olan spiral zədələnir. Bu da eşitmə zəifliyinə səbəb olur. Eşitmə orqanımız müəyyən həddə kimi səsi qəbul edə bilir. Həddən artıq səs tonu qulağımızda travma yaradır”.

Müəllif: "LOR" Dr. Lalə Seyfullayeva.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan