Qadınlarda qonoreyanın simptomları

Qadınlarda qonoreyanın simptomları

Опубликовано в: | 2018-12-10
Qadınlarda qonoreyanın simptomları
Qadınlarda qonoreya uşaqlıq boynu kanalının iltihabına (qonoreya endoserivisiti), uretranın iltihabına (qonoreya uretriti), düz bağırsağın iltihabına (qonoreya proktiti), uşaqlıq yolunun iltihabına (qonoreya kolpiti) və digər orqanların iltihabına səbəb ola bilir.
Qadınlarda inkubasiya dövrü 2-7 gün təşkil edir. Bu, o deməkdir ki, qonoreyanın ilk siptomları yoluxmadan sonra artıq birinci həftədə özünü büruzə verə bilər.
Qonoreyanın ilk əlamətlərinə aşağıdakılar aiddir:
Sidik ifrazı zamanı ağrı və yanğı hissi
Uşaqlıq yolundan sarı, yaşıl və ya şəffaf rəngli ifrazatlar
Cinsi əlaqə zamanı ağrılar
Uşaqlıq yolundan cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra səbəbsiz olaraq qanlı (çəhrayı, palıdı) ifrazatlar
Qarnın alt hissəsində ağrılar
Bəzən qadınlarda qonoreya simptomsuz ötüşür və ya xəstəliyin əlamətləri o qədər də ifadəli olmur və gözə çarpmır. Qonoreya uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yuxarıya doğru qalxa və uşaqlığın və uşaqlıq artımının iltihabına səbəb ola bilər.
Bu zaman aşağıdakı simptomlar meydana gələ bilir:
Qarnın alt hissəsində mərkəzi nayihədə və yanlarda ağrılar.
Bədənin hərarətinin yüksəlməsi
Başağrısı, ürək bulanma, qusma

Müəllif: "Cərrah mama-ginekoloq" Dr. Xəyalə İsmayılova



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan