Onikibarmaq bağırsağın əyribaş qurdu

Onikibarmaq bağırsağın əyribaş qurdu

Опубликовано в: | 2019-01-19
Onikibarmaq bağırsağın əyribaş qurdu
Ankilostomoz (Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur. Ankilostomoz hər şeydən əvvəl, insanda qanazlığı törədir. Bu zaman qanda həm hemoqlabinin miqdarı, həm də eritrositlərin sayı normadan xeyli aşağı düşür. Uşaqlarda fiziki və zehni cəhətdən inkişafdan qalma, yaşlı adamlarda isə iş qabiliyyətinin aşağı düşməsi özünü göstərir.
Ankilostomoz zamanı həzm, ürək, qan-damar, tənəffüs, sinir sistemlərinin və daxili sekresiya vəzilərinin normal funksiyası pozulur. Sürfənin miqrasiyası ilə əlaqədar özünü büruzə verən simptomatik əlamətlər 2-3 həftə ərzində keçib gedir. Ankilostomoz xroniki hal aldıqda xəstədə onikibarmaq bağırsaqda şiddətli ağrılar, ürək bulanması, qusma və s. baş verir. Parazit, əsasən, subtropik ölkələrdə yayılmışdır. Əsas diaqnozu nəcisdə yumurtanın aşkar edilməsidir.

Müəllif: "İnfeksionis-hepatoloq" Dr. Mərdan Əliyev


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan