Prostat vəzinin böyümə səbəbləri

Prostat vəzinin böyümə səbəbləri

Опубликовано в: | 2019-01-28
Prostat vəzinin böyümə səbəbləri
Prostat vəzinin böyüməsi kişilik hormonlarının təsiri nəticəsində baş verir. Yetişkənlik dövründən öncə kişilik hormonunun ifraz olunan zaman kişilərdə prostat vəzinin şişi müşahidə olunmur. Ancaq yaşlaşdıqca kişilik hormonu azalır və prostat böyüyür. Bu yaşlarda estrodiol/testosteron hormonlarının səviyyələrinin yüksəlməsi prostat vəzinin böyüməsinə səbəb olur.
Bu xəstəliyin baş vermə səbəbi dəqiqləşdirilməyib. Yəni səbəbi elmə tam məlum deyil. Ancaq araşdırmalar göstərir ki, yaş artdıqca kişilərdə artmağa başlayan qadınlıq hormonları prostat vəzinin böyüməsinə səbəb ola bilər. Bu həm də genetik xəstəlikdir. Yəni ailədə prostat böyüməsindən əziyyət çəkən olubsa, gələcəkdə də ailənin digər kişi fərdlərində üzə çıxma ehtimalı artır.
Prostat vəzinin böyüməsinə səbəb bir çox faktor var. Əsasən irsiyyət faktoru önə çıxır. Həmçinin sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaq iş və yaşayış tərzi, spirtli içkilərin qəbul edilməsi, tez-tez baş verən qəbizlik, qaydasız cinsi əlaqələr, immunitetin zəifləməsi əsas səbəblər arasında göstərilir.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan