Qalxanvari vəz və USM

Qalxanvari vəz və USM

Опубликовано в: | 2019-02-15
Qalxanvari vəz və USM
Qalxanvari vəzin USM, onun qurluşunu qiymətləndirmək məqsədilə aparılır. Müasir USM avadanlıqları qalxanvari vəzin bütün hissələrini izləməyə imkan verir. Yalnız, döş arxasına enən və bəzən traxeya arxası yerləşən urlar istisnalıq təşkil edir. Belə olan halda KT (kompyüter tomoqarafiya) müayinəsinin aparilması məsləhət olunur. USM zamanı həkim vəzin yerləşməsini, ölçüsünü, həcmini, konturlarını, toxumasını, qanla təchizatını və düyünlərin olub olmamasını, sayını və tərkibindəki əlavələri aşkar edir. Müayinənin vacib mərhələlərindən biri reqionar limfa düyünləri müəyyənləşdirməkdir. USM-nin böyük üstünlüklərindən biridə, vəzin həcmini hesablamağa imkan yaratmağıdır. Həkim elecə də qalxanvariətraf vəzin yerləşməsini, bu vəzidə böyümənin olub olmadığını müəyyən edə bilir.

Boyun, orqanizmdə mürəkkəb anatomik quruluşa malik bir sahədir. Belə ki, bu bölgədə nəfəs borusu, qida borusu, qalxanvari, qalxanvariətraf, ağız suyu vəziləri və boyun limfa düyünləri yerləşir. Eləcədə həyati vacib sinir kökləri və iri magistral damarlar qalxanvari vəzin qonşuluğundan keçir. USM zamanı boyun nahiyyəsinin anatomiyasını düzgün dəyərləndirmək üçün təcrübəli mütəxəssis tələb olunur. Qalxanvari vəzin bir sıra xəstəliklərinin diaqnostikasını ilkin olaraq bu müayinə metodu vasitəsilə təyin etmək olar. Belə ki, qalxanvari vəzin xərçəngi USM-də daha tünd və qeyri həmcins görünür, kənarları nahamar olaraq adətən aydın olmur. Eləcə də qalxanvari vəzin xərcənginin digər əlamətlərini də nəzərə almaq lazimdır: Mikro kalsinatlar , düyün daxili qan təchizatının artması, boynun limfa düyünlərinin böyüməsi və strukturunun dəyişməsi və s. USM-də qalxanvari vəzin kistalarına tez-tez rast gəlinir. Böyüməyə meyilli hallarda skleroterapiya aparılır. Qalxanvari vəzin xroniki xəstəliyi sayılan Haşimoto diaqnozunu da USM köməyilə asanlıqla qoymaq olur.

QALXANVARİ VƏZİNİN USM -Ə GÖSTƏRİŞ
1 Qalxanvari vəzin ölçülərinin gözlə görünən böyüməsi
2 Palpasiya zamanı qalxanvari vəzin ölçülərinin dəyişməsi və sərt olması
3 Qalxanvari vəzin hormonlarının səviyyəsinin dəyişməsi
4 Hamiləlikdə USM aparılması praktiki olaraq standart prosedur hesab olunur
5 Qohumlarda qalxanvari vəzin xəstəlikləri və yaxud törəmələri olan hallarda
6 Ssintiqrafiya və PET müayinəsi ( pazitron emision tomoqrafiya) zamanı radioizatop toplanmış sahənin aşkar olunması
7 Qalxanvari vəz üzərində öncədən aparılmış cərrahi əməliyyat
8 Yod və tərkibində yod olan dərman preparatlarından istifadə (amiadaron, kardaron) zamanı.
Qalxanvari vəzin USM xüsusi hazırlıq tələb etmir. Vəzin vəziyyəti menstrual tsikldən aslı deyildir. Prosedurdan öncə ac olmaq əhəmiyyət daşımır.

USM APARILMA QAYDALARI
Qalxanvari vəzidə olan pataloji prosesin növündən asılı olaraq prosedur, 5-20 dəq müddətində aparılır. USM zamanı elecə də qalxanvari vəz toxumasının dopler müayinəsi də icra edilə bilər. USM-də xəstə arxası üstə uzanir. Xəstənin kürəyinin altına döşəkcə qoyulur. Bu vəziyyət boynun qabarmasina və qalxanvari vəzin daha qabarıq şəkildə üzə çixmasına şərait yaradaraq müayinəni asanlaşdırır.

Qalxanvari vəzin USM nəticəsində yalnız qalxanvari vəzin struktur ölçüsü, konturları, yerləşməsi və exogenliyi deyil, eyni zamanda aşkar olunan düyünlərin tam görünüşü dəyərləndirilməlidir. Müayinə zamanı aşkar olunan düyünlərin foto şəkli xəstəyə çap şəklində təqdim olunur. Həkim endokrinoloq aşkar olunan dəyişikliyi izah edir. Şübhəli düyünlərin xassələrini müəyyən etmək üçün (xoş və ya bəd xassəli) həkim, pasientə i.i.a.b müayinəsi məsləhət görə bilər.

QALXANVARİ VƏZİN NORMAl USM USM-də qalxanvari vəz normada, aydın və hamar kənarlara malik olmalı, toxuması həmcins strukturlu, vəzin exogenliyi qulaqətrafı və ağızsuyu vəzisinin exogenliyi ilə eynilik təşkil etməlidir. Vəzin toxumasında düyünlər və kistalar izlənməməlidir. Limfa düyünlərinin USM-də görünüşünün dəyərləndirlməsi dəqiq aparılmalıdır. Qalxanvari vəzin ölçüsü USM-də əsas göstəricilərdən biridir. Belə ki, ölçülərin əsasında vəzin həcmi hesablanır. Qadınlarda 18 ml, kişilərdə 25 ml norma hesab edilir. Uşaqlar üçün isə həcm, yaşından və cinsindən asılı olaraq hesablanır.

Müəllif: Endokrin Mərkəz


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan