Mioma nədir?

Mioma nədir?

Опубликовано в: | 2019-03-14
Mioma nədir?
Miyoma uşaqliğin düz sərhədlərində qabarıq yaxşı xasiyyətli şişə bənzər kütlələrdir. Miyomalar müxtəlif şəkildə adlandırıla bilər: Miyoma, fibromiyoma, fibroma, fibroid kimi.
Bu xəstəlik qadınları cavan yaşda yaxalayır. Miomalara adətən 30-45 yaşlarında rast gəlinir, menopauza dövründə isə onlar kiçilə, bəzən yoxa çıxa bilirlər.

Təbiətən xoşxassəli şişlər olan miomalar nadir hallarda bədləşir. Ancaq bir incəliyi nəzərdən qaçırmaq olmaz: böyük miomalar yalançı hamiləliyə və yaxud sonsuzluğa səbəb ola bilirlər! Buna görə də çox diqqətli olmaq lazımdır. Uşaqlığın mioması əsasən dishormonal təbiətli olur. Onun səbəblərini öncədən bilmək və vaxtında müalicə etmək lazımdır. Belə ki, əziz xanımlar, hər qadın öz sağlamlığının memarı olmalıdır. Fibromiomaların simptomları, müayinə və müalicəsi barədə tövsiyələri növbəti söhbətlərimizdə diqqətinizə çatdıracağıq. Siz isə sağlamlığınızın memarı olmağa indidən başlayın.

Müəllif: "Cərrah" Dr. Mehriban Məlikova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan