Çox tərləmə xəstəlikdirmi?

Çox tərləmə xəstəlikdirmi?

Опубликовано в: | 2019-03-25
Çox tərləmə xəstəlikdirmi?
Tərləmə- bədən istiliyini tənzim edən sistemin önəmli bir parçasıdır. Əgər normadan artıq tərləmə varsa bu orqanizmin simpatik sinir sisteminin çox çalışması səbəbi ilə ortaya çıxır. Hər hansı xəstəlik olmayan hallarda məsələn:
- Hamiləlik
- Menopauzada olan qadınlar
- İdman etdikdə, stress, həyəcan zamanı tərləmənin çox olması xəstəlik sayılmır və normal fiziolojik olaraq qəbul olunur.

Əgər bu sadaladığımız hallar yoxdursa və tərləmə həddən artıq çoxdursa onda mütləq səbəbi aydınlaşdırmaq lazımdır. Çünki bəzi hormonal və infeksion xəstəliklər çox tərləməyə səbəb ola bilirlər. Çox tərləmə varsa hansı hormonal xəstəlikləri araşdırmalıyıq:
- Zəhərli zob (Tiroid vəzin çox çalışması)
- Testesteron azlığı
- Qan şəkərinin düşməsi(hipoqlisemiya zamanı)
- Şəkərli diabet
- Feoxromositoma (Böyrəküstü vəzin şişi), Akromeqaliya.
Yanaşı olaraq təbii ki, vərəm və lenfomanı da nəzərdə saxlamaq lazımdır. Əgər çox tərləmə varsa və uzun müddət davam edirsə bunu ciddiyə almaq lazımdır, cunki tərləmə hər hansi bir xəstəliyin erkən simptomu ola bilər!

Müəllif: "Endokrinoloq" Dr. Nadirə Ağazadə


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan