Boğaz əti hansı hallarda əməliyyat edilir?

Boğaz əti hansı hallarda əməliyyat edilir?

Опубликовано в: | 2019-03-26
Boğaz əti hansı hallarda əməliyyat edilir?
Damaq badamcıqları əsnəyimizin yan divarlarda yerləşən limfa toxumalarıdır. Bu toxumaların iltihabi xəstəliklərinə tonzillit deyilir. Tonzillitin kəskin və xroniki formaları var. Ağırlaşma, xəstəlik üzünmüddətli olduqda və lazımi müalicə aparılmadıqda baş verir. Badamçıqlar infeksiya ilə mübarizə apara bilmədikdə proses badamcıqətrafı toxumaya keçib paratonzilyar abses, aşağı tənəffüs yollarına keçdikdə faringit və bronxit əmələ gətirir.
Xroniki tonzillitin dekompensasiya formasında daxili orqanlarda bu kimi dəyişikliklər baş verə bilər: revmatizm, qazanılma ürək qüsurları, miokardit, endokarditlər, ağciyər xəstəliklərinin kəskinləşməsi, immunitetin əhəmiyyətli dərəcədə zəifləməsi və s. Konservativ müalicə kömək etmədikdə tonzilloektomiya əməliyyatı məsləhət görülür.

Müəllif: "Lor" Dr. Natəvan Abuşeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan