Qida məhsullarını alarkən diqqətli olun!

Qida məhsullarını alarkən diqqətli olun!

Опубликовано в: | 2019-03-30
Qida məhsullarını alarkən diqqətli olun!
Çoxumuz bilirik ki, bir qida məhsulu aldıqda mütləq qablaşdırmanın üzərində yazılan məlumatı oxumaq lazımdır. Aşağıdakı məlumatı özünüzlə həmişə bir xatırlatma kimi saxlayın və alış-verişdə istifadə edin. Adətən qablaşdırmanın üzərində ingredientlərin miqdarı azalan qaydada yazılır: birinci yerdə miqdarı çox olan, sonuncu yerdə miqdarı ən az olanıdır.

Məsələn: "fitnes", "pəhriz çörəyi" və s. adlı çörəyin üzərində birinci yerdə buğda unu və şəkər yazılırsa deməli bu adi ağ çörəkdir, sadəcə bir az kəpək, toxumlar və s. əlavə edilib.

İstehsalçılar şəkəri müxtəlif adlar altında gizlədirlər:
- bəhməz
- şərbət
- qlükoza
- fruktoza
- dekstroza
- maltoza
- saxaroza
- melassa
- qarğıdalı şəkəri
- invertləşdirilmiş şəkər.

Bunlar ən əsaslarıdır, əslində bu siyahı daha uzundur. Transyağlar - kimyavi tərkibi dəyişdirilmiş hidrogenlənmiş yağlardır və orqanizmə çox mənfi təsir göstərir. Bu transyağlar istehsal üçün ucuz, rahat olduğu üçün geniş istifadə olunur.
- marqarin
- bitki piyi
- bərkidilmiş bitki piyi
- palmayağı
- kombinə olunmuş piylər
- kulinar piy
- hidrogenlənmiş piylər
- trans yağlar
- bitki yağı (hansı yağ olduğu qeyd edilmirsə, hidrogenlənmiş piy olma ehtimalı yüksəkdir)

Müəllif: "Dietoloq" Dr. Vüsalə Tağıyeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan