Endometrial polip nədir?

Endometrial polip nədir?

Опубликовано в: | 2019-04-08
Endometrial polip nədir?
Endometrial polip uşaqlığın endometrium qatından uşaqlıq boşluğuna doğru inkişaf edən xoşxassəli törəmədir. Polip adətən tək, bəzən birdən çox görülə bilər, ayaqcıqda və ya geniş əsaslı ola bilər. Polip çox hallarda endometrial hiperplaziya ilə bir arada görüldüyü üçün hiperestrogeniyanın buna səbəb olduğu düşünülür. Süd vəzi xərçənginə görə tamoksifen müalicəsi alanlarda da endometrial poliplərə çox rast gəlinir. Endometrial poliplərin sigaret çəkmə, kontraseptiv qəbulu, doğuş sayısı ilə əlaqəsi yoxdur. Hər yaşdakı qadınlarda rast gəlinir, ən çox 39-50 yaş arasında.
Poliplərin çoxu hər hansı bir simptom verməz, başqa bir səbəb ilə müayinə zamanı aşkarlanır. Ən sıx rast gəlinən simptomlar: menorragiya (menstruasiyanın çox olması), metrorragiya ( iki menstruasiya arası qanaxma), menopauza zamanı qanaxma. Endometrial polip təkrarlayan düşük, sonsuzluğa səbəb ola bilər. Poliplərin bədləşmə riski çox aşağıdır. Polip diaqnozu histerosalpinqoqarfiya, transvaginal ultrasonoqrafiya, sonohisteroqrafiya, KT, MRT ilə qoyulur. Histeroskopiya isə qızıl standart hesab edilir.
Müalicəsi- histeroskopik polipektomiya.

Müəllif: "Onkoginekoloq" Dr. Vəfa Quliyeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan