Uşaqlıq boynu eroziyası

Uşaqlıq boynu eroziyası

Опубликовано в: | 2019-04-08
Uşaqlıq boynu eroziyası
Uşaqlıq boynu eroziyası hazırki dövürdə xəstələr və həkimlər arasında çox yayılmış bir termindir. Bu termin altında uşaqlıq boynunun həqiqi eroziyası, ektopiya (psevdoeroziya), ektropion nəzərdə tutulur. Uşaqlıq boynu eroziyası istənilən yaşda rast gəlinir, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Əksər hallarda servikal yaralar simptomsuz keçər və müayinə zamanı təsadüfən aşkarlanar.
Bəzi xəstələrdə şəffaf, selikli axıntı olur, infeksiya olduğunda ifrazat yaşıl rəngli, xoşagəlməz qoxulu ola bilər. Bəzi qadınlarda cinsi əlaqədən sonra qanlı ifrazat ola bilər. Həqiqi eroziyalar cinsi infeksiyalar, travma nəticəsində yaranır. Psevdoeroziyanın yaranma səbəblərinə hormonal disbalans (hiperestrogeniya), hamiləlik əleyhinə preperat, menopauza dövründə estrogen tərkibli dərmanlar, kremlər, şamlar aiddir. Ektropion gənc qızlar,hamilələrdə izlənə bilər. Ektopiya və ektropion normal haldır və müalicəsiz özü özlüyündən keçə bilər. Servikal eroziya mütləq müalicə tələb edən bir xəstəlik deyil.
Əgər Pap -smear cavabı normaldırsa müalicəyə ehtiyac yoxdur. Yox əgər çox ifrazat varsa DTK (diatermokoaqulyasiya), krioterapiya, CO2 lazerlə müalicə, LEEP aparıla bilər.

Müəllif: "Onkoginekoloq" Dr. Vəfa Quliyeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2021 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat