Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənib

Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənib

Опубликовано в: BLOQ | 2019-04-29
Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir mürəkkəb əməliyyat icra olunub. Belə ki, 84 yaşlı xəstədə tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş, süni boru ilə əvəz edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat ATU TCK-nın laparoskopik-bariatrik cərrahı Aslan Abdullayev tərəfindən icra olunub. 
Bu barədə məlumat verən həkim deyib: “Klinikamıza udma aktının pozulması, təkrar qusma və arıqlama şikayətləri ilə müraciət etmiş qadında müayinə zamanı qida borusunun aşağı mənfəzinin 1/3-i tam tutan bədxassəli şiş aşkarlanıb. Digər, mütləq əksgöstərişlərin olmamasını nəzərə alaraq xəstə üzərində kombinə olunmuş torako-laparoskopik-servikotomik üç etaplı ezofaqoektomiya, ezofaqoplastika əməliyyatı icra edilib. Yeddi saat davam edən əməliyyat zamanı ABŞ istehsalı olan birdəfəlik avadanlıqlardan istifadə olunub. Qarın və döş boşluqlarında heç bir kəsik olmadan aparılan əməliyat 8 ədəd troakar portun köməyi ilə aparılıb. Əməliyyatın mürəkkəb və unikal olması da bununla əlaqədardır. Reanimatoloqların gərgin əməyi nəticəsində tədricən xəstənin aktivliyi bərpa edilib. 
Əməliyyatdan sonrakı 5-ci gün tam aktivləşərək şöbəyə köçürülən xəstə sərbəst qidalanmağa başlayıb. Reabilitasiya müddətinin 10-cu günü rentgen kontrolla kontrastlı udma testi aparılıb, 12 -ci gün isə xəstə kafi vəziyyətdə stasionardan evə yazılıb”

Müəllif: "Ümumi və Bariatrik cərrah" Dr. Aslan Abdulla

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan