Xroniki bel ağrıları

Xroniki bel ağrıları

Опубликовано в: MƏQALƏLƏR | 2019-05-17
Xroniki bel ağrıları
Xroniki (3 aydan artıq davam edən) bel ağrılarının (boyun, kürək, bel, oma) əsas səbəbləri bunlardır. 
1. 4% Spesifik ağrılar (iltihab, travma, onkoloji) 
2. 6% radikulopatık ağrılar (protruziya, ekstruziya) 
3. 90 % qeyri spesifik ağrılar (skelet əzələ)
- Miotonik (əzələnin gərginliyi nəticəsində) 
- Miofassial (əzələlərdə triqqer nüqtələrin yaranması) 
- Spondiloartropatik fəqərəarası oynaqlarla əlaqəlı (iltihabi, degenerativ, fəqərəarası məsafələrin azalması nəticəsində) 
- Iliosakral (oma qalşa oynaqının degenerativ, iltihabı və funksional dəyişiklikləri) 
Aşağıdakı hallar zamanı ətraflı müayinə lazımdır.
Təhlükə əlamətləri!
Proqressivləşən nevroloji defisit 
Çanaq orqanları funksiyasinin pozulması (bağırsaq, sidik cinsiyyət orqanları funksiyasının pozulmaları) Yaşı > 50 
Anamnezdə xərçəng, travmalar, Diffuz osteoporozlu və ya kompression sınıqları, Şəkərli diabet, İİÇV, Əvvəllər cərrahi müdaxilənin olması, bəzi dərmanlar, narkotiklər qəbulu 
Dincələrkən və ya uzanıqlı vəziyyətdə yaxşılaşmanın olmaması 
Ümumi/qeyri-spesifik simptomlar (yüksək hərarət, çəkinin azalması) Düzgün diaqnoz və müalicə üçün isə mütləq aşağıdakılara diqqət yetirməliyik. 
Obyektiv müayinənin tam, hərtərəfli aparılması (Nevroloji status, somatik status, anemiya, d vitamin çatışmazlığı, əzələ, oynaq, sinir fəqərələrin yoxlanılmasına yönəlmış xüsusi testlər) Yalnız instrumental müayinələrin (MRT, KT və s) əsasında diaqnozun qoyulmaması. Son 10 illiklər ərzində tibbi texnologiyalar həddən artıq inkişaf etmişdir. Bu müayinələrin rolu bir çox xəstəliklərin diaqnozunun təyin edilməsində əvəzolunmazdır. Amma araşdırmalar göstərir ki, əlavə müayinələrin nəticələri bizi aldada da bilər. Onlar kliniki əlamətləri təsdiq edərsə əhəmiyyət daşəyər. Məsələn heş bir şikayəti olmayan şəxslərin müayinəsində də onurğanin degenerativ dəyişiklikləri (əvvəlki adı ilə osteoxondroz), fəqərəarası disklərin protruziya və ekstruziyalar (yırtıq), Spinal stenoz (onurğa kanal darlığı), spondilelistez (fəqərələrin bir birinə nisbətən yerdəyişməsi sürüşməsi) olur və əksinə xroniki ağrısı olanların heç də hamısında bu dəyişikliklər aşkar edilmir. Pasientin psixoemosianal vəziyyəti, yəni affektiv (depressiya, həyəcan) və koqnitiv (bu ağrı barədə nə düşündüyü) vəziyyətinin nəzərə alınması. Xroniki ağrıların yaranmasında bu komponentin rolu 75% təşkil edə bilir. Miofassial ağrıların yaranmasında bu amil əsas rol oynayır. Ağrının xronikləşməsinə səbəb olan amillərin tam nəzərə alınması (Düzgün yuxu, əmək, istirahət rejimi, artıq çəki, onurğanin əlverişsiz vəziyyətində uzun müddıt isləmək, monitor, telefonla işləmək, hipodinamiya) Məsələn 8 saat monitor qabaşında işləyən, düzgün oturma qaydalarına riayət etmyən şəxsdə boyunda olan miofassial ağrıları müalicəsi istədiyimiz effekti verməyəcək. Müalicənin Kompleks şəkildə aparılması. (müalicəvi gimnastika, massaj, relaksasiya texnikaları, fizioterapiya, yerli inyeksiya, triqqerlərin punksiyası, psixoterapevrik tədbirlər və s.)

Müəllif: "Nevroloq" Dr. Aslanov Babək 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan