Saç əkimində yeni trend

Saç əkimində yeni trend

Опубликовано в: BLOQ | 2019-05-20
Saç əkimində yeni trend, sac ekiminde yeni trend
Stress, fəsil dəyişiklikləri, dəmir çatışmazlığı, tiroid hormonu disbalansı, genetik xəstəliklər, qadınlarda hormonal pozuntular, eynicinsli qidalanma, uzun müddət saxlanılan az kalorili dietalar...

Bunlar saç tökülmələrinin səbəblərindən sadəcə bir neçəsi sayılır. Səbəb nə olursa olsun bunun qarşısı alına bilər. Sadəcə itirilən saçı yenidən qazanmaq hər zaman mümkün olmur. Məsələn, orqanizmdəki dəmir çatışmazlığı və ya anemiyadan qaynaqlanan saç tökülmələri zamanı müalicə nəticəsində tökülən nahiyyələrdə təkrar tüklənmə bərpa olunur. Amma saç köklərini zədələyən bəzi dəri xəstəlikləri zamanı proses geriyədönməyən olur. Əgər saç tökülməsi normadan fərqli, başın müəyyən hissələrində müşahidə olunursa və bu proses 3 aydan artıq davam edirsə mütləq həkimə müraciət edin. Saç diblərinə tətbiq olunan mezoterapiyalar, konservativ müalicələr fayda vermirsə, son çarə saç əkilməyə üz tutulur. Saç əkilmə ağrısız, təbii və izsiz bir metoddur. Saç əkimi sahəsində çalışan mütəxəssislərin indiyə qədər tətbiq etdiyi ən yeni metodlar içərisində D.H.İ (prosedura tətbiq edilən nahiyyədə təraş etmədən aparılan metod) xəstələrin əsas seçiminə çevrilib.

Belə ki, əməkdaşlıq etdiyimiz klinikalar bu sahədə öz peşəkarlığı və münasib qiymətləri ilə seçilir.



Müəllif: Mediline Group Assistance


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan