Üz dərisində qırışları nə artırar?

Üz dərisində qırışları nə artırar?

Опубликовано в: BLOQ | 2019-05-28
Üz dərisində qırışları nə artırar
Qırışları aradan qaldırmaq üçün müxtəlif yollara üz tuturuq. Və bunun üçün bir miqdar da büdcəmizdən vəsait ayırmağımız gərəklidir. Amma nəzərə alın ki, qırışlarınızın artma səbəbinin dərinliyini öyrənmək önəmli amildir. Aşağıdakı göstərilənləri diqqətə alın:
· Günəş. Qırışların tez yaranmasının əsas səbəbi ultrabənövşəyi şüalardır. Azon təbəqənin incəlməsi ilə yer kürəsinə UVA və UVB şüalarla yanaşı UVC şüalarıda intensiv çatır. Və bu şüalar nəinki dəridə qırışlara səbəb olur, hətta dəri xərçənginin yaranmasının birinci risk faktorudur. Bunu nəzərə alaraq günəşdən qoruyucu SPF faktorların istifadəsi çox vacibdir. İstər təbii günəşin altında istərsə də solariumda qaralmış dərini çox bəyənsənizdə qocaldığınızı da unutmayın.
. Stress. Stress keçirildiyi zaman əzələlərin dartılması dəri çizgilərin yaranmasına səbəb olur. Üzgün üz ifadəsi qırışların dərinləşməsinə səbəb olur. Sressdən uzaq durun.
· Siqaret. Zərərli vərdişlərdən biri olan siqaret təkcə sağlamlığımıza mənfi təsir göstərmir, həm də gözəlliyimizi əlimizdən alır. Sigaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır.
· Yuxu rejimi. Üzüstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Neçə müddət eyni pozisiyada qalan dəri nəfəs almır və üzdə xətlərin əmələ gəlməsiylə dərinin qırışmasına gətirib çıxardır.
· Qidalanma. A, C, D və E vitaminlər, selenium, dəmir və sink tərkibli antioksidantlar dərini gücləndirir. Meyvə və tərəvəzləri mövsuma uyğun seçmək və gün ərzində yetərincə maye (gün ərzində ən az 2.5 l su) qəbul etmək dərinin sağlamlığı üçün çox vacibdir. 
· Səhv kosmetika. Dərinizi tanıyın... Və doğru kosmetik vasitələr seçərək yaşınızı və dərinizin tipini nəzərə alın. Kosmetika seçərkən dərini nəmləndirən, kollageni bərpa edən məhsullar olmasına fikir verin.
· Tez-tez arıqlayıb kökəlmə. Xüsusən 30 yaşdan sonra tez-tez arıqlayıb kökəlmə dərinin boşalmasına və sallanmasına gətirib çıxardar. Bunun qarşısını almaq üçün pəhrizə oturan xanımlar mütləq antiselulit masaj etdirtməlidirlər.

Müəllif: "Dermatoloq" Dr. Lalə Cahangirova. 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan