Pankreatit

Pankreatit

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-06-04
Pankreatit
Pankreatit - mədəaltı vəzinin iltihabıdır. Bu xəstəlik zamanı mədəaltı vəzinin funksiyaları pozulur ki, bunun nəticəsində orqanizmdə mübadilə proseslərin ciddi pozulmaları inkişaf edir. Bu xəstəliyə çox tez-tez təsadüf edilir və ildən ilə bu xəstəlik daha da artır. Bunun əsas səbəbləri kimi həkimlər düzgün olmayan qidalanmanı, spirtli içkilərin qəbulu, ekoloji şəraitin pisləşməsi kimi amilləri qeyd edirlər. Pankreatit kəskin və xroniki ola bilər. Kəskin pankreatit zamanı xəstədə qarının sol tərəfində kəskin ağrılar, ürəkbulanması, tez-tez baş verən qusma kimi simptomlar inkişaf edir. Orqanizmin intoksikasiyası və susuzlaşması nəticəsində xəstənin vəziyyəti çox tez ağırlaşır - arterial təzyiq kəskin enməsi, bayılma baş verir. Həmçinin kollaps və şok kimi ağır pozulmalar inkişaf edə bilər. Xəstə dərhal xəstəxanaya çatdırılmalıdır və ona təcili tibbi yardım göstərilməlidir. Əks halda xəstə həlak ola bilər. Xroniki pankreatit zamanı patoloji proses uzun illər ərzində inkişaf edir. Xəstəliyin əsas simptomu ağrılardır. Ağrılar qarının yuxarı və orta hissəsində, döş qəfəsinin sol hissəsində, ürək və bel nahiyəsində adətən qida qəbulundan 15-20 dəqiqə sonra inkişaf edir, oturaq vəziyyətdə və bədəni qabağı əyildikdə azalır. Xroniki pankreatit zamanı mədəaltı vəzinin funksiyaları müəyyən müddət ərzində saxlanılır. Lakin vaxt keçdikcə vəzin toxuması daha da zədələnir, onun funksiyaları pozulur. Nəticədə xəstədə ağrılar şiddətlənə bilər. Mədəaltı vəzi funksiyasının çatışmazlığı çox ağır fəsadlara səbəb olur - qidalı maddələr nazik bağırsaqda normal sorulmur ki, bunun nəticəsində insan kəskin arıqlayır, onda avitaminoz əlamətləri inkişaf edir. Nazık bağırsaqda sorulmanın pozulmasının ən əsas simptomlar: gündə 2-3 dəfə təkrarlanan ishal (nəcis horra şəklində olur, pis iyli, yağlı, həcmli), köp, qarında ağrılar. Qanda şəkərin səviyyəsinin kəskin düşməsi nəticəsində zəiflik, soyuq tər, susuzluq, dərinin quru olması kimi simptomlar inkişaf edir. Əgər siz özününzdə bu kimi simptomları müşahidə etmisinizsə, vaxt itirmədən hekime müraciət edin. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.

Müəllif: "Cərrah-proktoloq" Dr. Elvina Səlimova. 

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan