Revmatizma

Revmatizma

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-06-18
Revmatizma
Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 400C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur. Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast gəlinir.
Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.

Müəllif: "Artroloq-Revmatoloq" Dr. Valeh Qurbanov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2021 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat