Bəşəriyyətin dincliyini əlindən alan xəstəlik

Bəşəriyyətin dincliyini əlindən alan xəstəlik

Опубликовано в: | 2019-06-29
Bəşəriyyətin dincliyini əlindən alan xəstəlik
Allergiyalı xəstələrin üstünlük təşkil etdiyi ölkələr arasında isə Almaniya, Fransa və Türkiyə ön sıralardadır.

Azərbaycanda da allergiya daşıyıcılarının çayı çoxdur. Xüsusilə də son bir neçə ildə onların sayı nəzərəçapracaq dərəcədə artıb.

İnsanlar arasında allergiya xəstəliyinin ən geniş yayılan formaları allergik və xroniki rinitdir

Tibb elmləri namizədi, allerqoloq İldırım Qasımov da son illər insanlar arasında allergiya xəstəliyindən əziyyət çəkənlərin sayının artdığını təsdiqləyir. Allergiyanın formaları arasında ən geniş yayılanı isə allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə, çisəklərin tozlanma dövru başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. İ.Qasımovun dediyinə görə, allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu bilmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır və nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu əlamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.

Sitrus meyvələri, tərxun, bal, yemiş, tum və fındıq allergiya əlamətlərini artırır

Allergik rinit zamanı xəstənin hansı çiçək və ağac növünə, toz, yun, toyuq tükünə qarşı həssas olduğunu müəyyənləşdirmək üçün onun qol hissəsinə 19-21, bəzən isə 7-9 sınaq qoyulur. Məhz bu sınaqlar vasitəsilə xəstədə allergiyanı törədən amillər müəyyən edilir. Amil dəqiq müəyyənləşdirildikdən sonra isə xəstədə baş qaldıran allergik prosesin qarşısını almaq üçün klaritin, siripal, lorapazil və lorital dərman preparatlarından ibarət müalicə kursu təyin olunur. Bu preparatlarla yanaşı, xəstənin gözlərində olan qaşınma, sulanmanı, burunda yaranan tutulma və qıcıqlanmanı aradan qaldırmaq üçün müxtəlif burun və göz damcılarından istifadə edilir: "Ancaq xəstə həkimə mövsüm vaxtı müraciət edəndə sınaqlar qoyulmur. Çünki yaz mövsümündə, rinit əlamətləri kəskin şəkildə baş qaldırdığı bir vaxtda qoyulan sınaqların nəticələri düzgün olmur. Bu zaman yalnız şiddətlənən allergiya əlamətlərinin qarşısını almaq üçün antihistamin preparatlarından ibarət müalicə kursu təyin edilir. Müalicə ilə paralel, xəstənin gözlərində və burnunda yaranan problemlər burun, göz damcıları vasitəsilə aradan qaldırılır. Mövsüm qurtaranadək bu müalicə kursu davam etdirilir. Soyuq aylarda isə xəstəyə sınaqlar qoyulur və alınan nəticəyə uyğun olaraq, növbəti yaz mövsümündə müalicə aparılır".

Vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər

İ.Qasımov deyir ki, allergik rinitin daşıyıcısı olan xəstələrin müalicə müddətində bəzi qidalardan istifadəsinə qadağa qoyulur. Əsasən, müalicə ilə paralel xəstələrdə allergiyanın əlamətlərini artıran qida məhsullarından - sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina edilməlidir. Allergik rinitin daşıyıcısı olan xəstə hər mövsüm vaxtlı-vaxtında lazımi müalicə kursu almalıdır. Əks halda, xəstəlik ağır sayılan dövrə keçir. Bu zaman isə rinit əlamətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərir. Xəstədə boğulma halları ortaya çıxır. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər: "Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə müraciət etməli və lazımi müalicəni almalıdır. Ancaq bəzi xəstələr allergiyanın əlamətləri özünü göstərməyə başlayanda bunun adi qrip simptomları olduğunu düşünüb həkimə üz tutmur. Bir sıra antibiotiklər qəbul edib qripin keçməsini gözləyir. Bu da allergik rinitəlamətlərini daha da kəskin hal almasına səbəb olur. Bu vəziyyət bir neçə il təkrarlandığı halda isə rinit bronxial astma xəstəliyinə çevrilir. Astma daşıyıcılarının 80 faizi bu xəstəliyi allergik və xroniki rinitdən sonra qazanır".

Düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür

Allerqoloq bildirib ki, allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir. Allergiya tam aradan qalxanadək bu müalicənin aparılması mütləqdir. Dəqiq diaqnoz qoyulub hər il düzgün müalicə aparıldıqdan sonra allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Ancaq bəzi xəstələrdə rinit simptomları uzun illər davam edir. Bunun da əsas səbəbkarı xəstələr özləridir. Çünki onlar vaxtlı-vaxtında müalicə kursu almır, allergiyanı şiddətləndirən qida məhsullarından istifadə edirlər. Bu səbəbdən də həkimlər tərəfindən aparılan müalicə 50 faiz nəticə verir.

Xroniki rinit ağır qrip, haymorit və frontit xəstəliklərindən sonra əmələ gəlir

İ.Qasımov vurğulayıb ki, allergiya xəstəliyinin digər bir forması olan xroniki rinitə yoluxan zaman xəstə vaxtında tələb olunan müalicə kursu almadıqda bir müddət sonra xroniki rinit meydana gəlir. Xəstəliyin əlamətləri allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinit il boy udavam edir vu xəstə çölə çıxan zaman özünü yaxşı hiss etdiyi halda, evdə vəziyyəti ağırlaşır. Xroniki rinit zamanı xəstəyə 10 günlük müalicə kursu təyin edilir. Bununla paralel xəstəliyin şiddətlənməsinə şərait yaradan amillər aradan qaldırılır. Xəstələrə tük və yundan yox yalnız sintetik materialdan hazırlanan yataqda yatmaq tövsiyə edilir. Ev şəraitində olan zaman xəstədə rinitin əlamətləri artdığı üçün ona mümkün qədər təmiz havada gəzmək və allergiya yaradan mühitdən uzaq durmaq məsləhət görülür. Bu müalicə kursu yekunlaşdıqdan sonra isə xəstənin qoluna sınaqlar qoyulur və allergiyanı törədən amil dəqiq müəyyən edilir. Bundan sonra amil aradan qaldırılır və il boyu müalicə davam etdirilir.

Həm allergik həm də xroniki rinitin müalicəsində istifadə edilən bəzi dərman preparatları Azərbaycanda olmadığı üçün onlar yalnız Rusiyadan gətirilir. Allerqoloqun sözlərinə görə, bəzi hallarda xroniki rinit əlamətlərinin şiddətlənməsinə ev heyvanları da səbəb olur. Belə ki, evdə pişik, it və tutuquşu olan zaman onların tükündən xəstədə allergiya simptomları baş qaldırır. Asqırmalar, burunda göynəmə, göz yaşarmaları, boğazda qıcıqlanma, halsızlıq bütün gün davam edir. Aparılan müalicə heç bir effekt vermir. Ancaq heyvan evdən uzaqlaşdırıldıqdan sonra xəstədə allergiya əlamətləri yavaş-yavaş keçir.

Yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla keçir

Allergiyanın yüngül formaları insanlara genetik olaraq, əsasən də ana xəttilə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitəsilə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar - burun göynəmələri, asqıraq və göz yaşarmaları müşahidə edilir. Bu formanın daşıyıcıları ildə bir neçə dəfə həkim müayinəsindən keçməli və müəyyən dərman preparatından davamlı istifadə etməlidir. Genetik yolla keçən allergiya xəstəliyin digər formaları arasında ən yüngülü sayılır. Bu formada ağırlaşdırıcı hallar ortaya çıxmır.

İ.Qasımovun fikrincə, insanlar arasında allergiya xəstəliyinin geniş vüsət almasına şərait yaradan səbəblərdən biri də xarici ölkələrdən gətirilərək Azərbaycanda əkilən ağac və bitki növləridir. Yaz mövsümü başlayanda bu ağac və bitkilərdən ətrafa müxtəlif maddələr səpələnir. Bu maddələr isə hava vasitəsilə tənəffüs yollarına düşür və insanlarda allergiya xəstəliyi əmələ gətirir.

Müəllif: "Allerqoloq-immunoloq" Dr. İldırım Qasımov

Mənbə: Milli.az 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan