Sever xəstəliyi

Sever xəstəliyi

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-01
Sever xəstəliyi
Uşaqlarda topuqda və daban nahiyyəsində ağrıya səbəb olan sever xəstəliyi ,kalkaneal epifizit olaraqda adlandırılır.Sever xəstəliyi qız uşaqlarında 8-10 yaşlarda, oğlanlarda 10-12 yaş arasında daha çox rast gəlinir. Daha çox oğlanlarda rast gəlinməkdədir.

Aktif və çəkili uşaqların daban sümüyü metaphisis( böyümə zonası) olarak adlandırdığımız hissəsinin aşırı zorlanmaya vəya yüklənməyə bağlı olaraqzədələnməsi nəticəsində yaranır.İdmanla aktiv məşğul olan uşaqlarda tez tez rast gəlinən Sever xəstəliyi özəlliklə tullanma, sürətli qaçma və ani qalxma hərəkətləri olan idman növlərində çox rast gəlinir.Həmçinin ayaq pəncəsində yastı pəncəlik kimi problemləri olanlarda risk dahada artır.

Sever xəstəliyinin əlamətləri nələrdir.Əsas şikayəti daban sümüyünə bağlanan Axil vətəri ətrafında və daban sümüyündə olan ağrılardır.Ağrılar dabana yük verən zaman olmaqdadır.Ancaq Barmaq uclarında gəzərkən ağrılar olmamaqdadır.Çox vaxt tək tərəfdə olur,lakin az hallarda iki tərəflidə ola bilməkdədir.

Müalicəsi əsasən xəstəyə fərdi yanaşmaqla aparılır.Başlıca olaraq istirahət etmələri və idmana ara vermələri məsləhət görülür.Xəstəliyin şiddətinə və ağrılara görə langet gips sarğısıda ( 3 həftə müddətində) istifadə edilə bilməkdədir.Silokon dabanlıq ,ağrıkəsici preparatlardan,buz tətbiqindəndə istifadə edilir. Xəstəliyin şiddəti və gedişi xəstədən xəstəyə dəyişdiyi üçün 2 həftə və ya 2 ay arasında aktiv fiziki hərəkətlərə,idmana məhdudlaşdırma ola bilməkdədir.

Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan