Hipopituitarizm

Hipopituitarizm

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-02
Hipopituitarizm
Hipopituitarizm hipofiz vəzində yaranan hər hansı bir çatışmazlıq səbəbiylə, hipofiz hormonlarının ifraz olunmaması ilə özünü göstərən hipofiz yetməzliyidir. Hipofiz çatışmazlığı özünü büruzə verdikdə digər endokrin vəzlərin hormon ifrazında problemlər özünü göstərir. TSH az ifra olunduğundan tiroid yetməzliyi yaranır və hipotiroidizm özünü göstərir. ACTH az ifraz olunduqda adrenal vəz çatışmazlığı yəni kortizol hormon çatışmazlığı yaranır. FSH və LH az ifraz olunduqda isə yumurtalıq və ya testis normal fəaliyyət göstərməz.
Hipofiz çatışmazlığının səbəbləri:
- Hipofiz vəzindəki şişlər
Doğuş zamanı həddən artıq qanamaya bağlı hipofiz vəzinin xəsarət alması
Sarkoidoz və hemokromatoz kimi xəstəliklərin hipofiz vəzini əhatə etməsi
Baş beyin travması
Hipofiz əməliyyatları
Hipofizlə bağlı radioterapiya etdirən xəstələrdə hipofiz çatışmazlığı yarana bilir.
Əlamətləri:
Hipofizdə şiş varsa, ona bağlı olaraq baş ağrısı və görmə sahəsinin pozulması
Hipofiz hormonu azlığına bağlı hormon ifraz edən vəzlərdə çatışmazlıq
Diaqnoz kliniki əlamətlər və analiz vasitəsilə təyin edilir. Müalicəsi əksik olan hormonlar dərman vasitəsilə təmin edilir.

Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2021 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat