Hamiləlik və şəkərli diabet

Hamiləlik və şəkərli diabet

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-02
Hamiləlik və şəkərli diabet
1-ci tip (insulindən asılı) şəkərli diabeti olan qadınların bir çoxunda hamiləlik və doğuşu müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmur. Ona görə də belə xəstəliyi olan hər bir qadın hamiləliyə qədər mütləq həkim endokrinoloqla məsləhətləşməlidir. Həkim hamiləliyin mümkün olmasına əmin olaraq buna icazə verdiyi halda, qadın bütün hamiləlik boyu mütləq həm həkim-ginekoloqun, həm də həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

2-ci tip (insulindən asılı olmayan) şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi və doğuş nisbətən az sayda fəsadlarla nəticələnə bilər. Ancaq bunun üçün qadın bütün hamiləlik boyu mütləq həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

Şəkərli diabetin formalarından biri də məhz hamiləlik zamanı qadında inkişaf edən şəkərli diabetdir. Şəkərli diabetin bu forması hamiləlik zamanı inkişaf edir və hamiləlik başa çatdıqdan sonra tez bir zamanda keçib gedir. Hamilədə olan bu şəkərli diabet doğuşdan sonra 2-12 həftə ərzində keçib gedir. Bəzi hallarda sonrakı 10-20 il ərzində belə qadınlarda şəkərli diabet xroniki xəstəlik kimi inkişaf edir. Bu cür şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi - 2-ci tip şəkərli diabeti olan qadınlarda olduğu kimi keçir.

Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova  


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan