Prostat vəzinin adenoması

Prostat vəzinin adenoması

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-05
Prostat vəzinin adenoması
Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub,adətən,yaşı 50-dən yuxarı olan kişilərdə təsadüf edilir.Xəstəliyin ilkin mərhələsində,xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından şikayət edirlər.
Vaxtında müalicə olunmadığı hallarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur:
- sidik ifrazının kəskin şəkildə dayanması – bu zaman prostat vəzinin adenoması sidik kanalını tam şəkildə bağladığı üçün sidik ifrazı mümkün olmur;
- xroniki sistit və pielonefrit-sidik kisəsi və böyrəklərin iltihabi zədələnməsi;
- xroniki böyrək çatışmazlığı;
- sidik kisəsində daşların əmələ gəlməsi;
- adenoması olan prostat vəzinin genişlənmiş venoz damarlarından qan axması
- sidik kisəsi divarının əzələ qatının kəskin şəkildə nazikləşməsi və s.
Prostat vəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Bu halda xəstə müalicə məqsədi ilə tibbi yardım alınması üçün həkimə nə qədər tez müraciət edərsə, xəstəliyin müalicəsi daha yüngül və tez baş verər. Xəstəliyin medikamentoz (dərmanlarla) müalicəsi yalnız ilkin dövrlərdə (xəstə sidiyə sərbəst şəkildə gedə bilir və sidiyin sidik kisəsindən ifrazı tam şəkildə olur) effektiv olur. Xəstəliyin daha gecikmiş formalarında isə cərrahi müdaxilədən istifadə edilir.Məhz buna görə, sidik ifrazı pozğunluğunun ilkin olaraq baş verdiyi hallarda həkimə müraciət edilməsi əhəmiyyətlidir.

Müəllif: Cərrah "Uroloq-Androloq" - Emin Məmmədov 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2021 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat