Düyünlü zobun təsnifatı

Düyünlü zobun təsnifatı

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-11
Düyünlü zobun təsnifatı
Xarakter və mənşəyindən asılı olaraq, düyünlü zob aşağıdakı formalara ayırd edilir: proliferasiyaedici eutireoid kolloid, diffuz-düyünlü (qarışıq) zob, xoş və bədxassəli şiş düyünləri (qalxanabənzər vəzin follikulyar adenoması və xərçəngi). Bu törəmələrin 85-90%-ni proliferasiyaedici kolloid düyünlər, 5-8%-ni xoşxassəli adenoma, 2-5%-ni isə qalxanabənzər vəzin xərçəngi təşkil edir.

Qalxanabənzər vəzin bədxassəli törəmələri arasında follikulyar, papillyar, medullyar xərçəngə və differensiasiya olunmayan formalara (qalxanabənzər vəzin anaplastik xərçəngi) rast gəlinir.

Bundan əlavə yarımkəskin və xroniki autoimmun tireoidit zamanı, eləcə də qalxanabənzər vəzin digər xəstəliklərində psevdo düyünlər (iltihabi infiltratlar və bir sıra düyünəbənzər dəyişikliklər) formalaşa bilər. Düyünlər çox vaxt qalxanabənzər vəzin kistaları ilə birgə aşkarlanır.

Müəllif: "Cərrah Endokrinoloq" - Dr. Jalə Aslanova 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan