Dəniz suyu və qumun bədənimizə faydası

Dəniz suyu və qumun bədənimizə faydası

Опубликовано в: | 2018-08-03
Dəniz suyu və qumun bədənimizə faydası
Bir çoxlarımız dənizdə qum üzərində gəzərkən psammoterapiya - qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik. İsinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı içəridən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsində kömək edir. Bundan əlavə isti qum, reseptor olaraq, dəri, oynaq və daxili orqanların istilik reseptorlarını qıcıqlandırır. Bu mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərərək, kapilyar və arteriyaların torunu genişləndirir, bunula da qan axını güclənir və onun bölüşdürülməsi baş verir. Ürək -damar sisteminin iş prinsipi nizama salınır. Həmçinin dəniz qumu yüksək tərləmə səviyyəsini müalicə edə bilir. Bunun üçün yalnız qumun üzərinə uzanmalısınız ki, o, çox miqdarda ifraz olunan təri özünə çəkə bilsin. İsti qum revmatizm xəstəliyi zamanı da çox müsbət təsir göstərir.Bunun üçün yaş qum yox, dənizdən müəyyuən miqdarda qum götürüb, onu günəşdə qurudub, isidərək onunla problemi zonanı örtmək məsləhət görülür. Belə vannada 30 dəqiqə oturub, ilıq su ilə yuyunub, 2 saat istirahət etmək çox yaxşı nəticə göstərir. Hər zaman sağlam olmaniz diləyi ilə!!!

Müəllif: "Fizioterapevt" Uzman Cəfərov Sənan.

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan