Membran plazmaferez

Membran plazmaferez

Опубликовано в: | 2018-07-06
Membran plazmaferez
Membran plazmaferez nəyə görə olunmalıdır? Çünki bu zaman insanın qanı(plazması) təzələnir. Maşının mühərrikinin yağının dəyişilməsi kimi, insanında qanının təmizlənməsi orqanizmi uzun müddət yaxşı vəziyyətdə saxlayır.                                                                                                                                                                         

Plazma – hüceyrələrə yaşamaq ücün lazım maddələri çatdıran və onların həyat fəaliyyəti məhsullarını, başqa artıq maddələri daşıyan nəqliyyat mühitidir. Normada cavan yaşlarda plazmanın rəngi sarı və şəffaf olur. Çünki təmizləmə orqanları bütün artıq maddələri böyrəklərdə filtrasiya oluna biləcək hala gətirir və sidiklə orqanizmdən çıxarırlar.

Yaşla əlaqədar olaraq və əlverişsiz ekoloji şəraitdə  30-35 yaşdan etibarən, həmçinin müxtəlif xəstəliklər zamanı təbii təmizləmə orqanları qanda yığılan artıq maddələrin öhdəsindən gələ bilmir. Bu andan qanda kimyəvi aktiv maddələrin miqdarı artmağa başlayır.

Bu zaman plazmanın rəngi dəyişir. İmmunitet pozğunluqlarında plazma  adətən- yaşıl, qaraciyər xəstəliklərində -qırmızımtıl, mədəaltı vəzin şikayətlərində- boz, yüksək xolesterin zamanı-bulanıq olur və süd rənginə çalır. Qandakı bu maddələr qanın qatılığını artırır, orqanların işini pozur, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Buna görə də bu maddələri qandan çıxarmaq lazımdır. Bunun üçün isə müasir tibbdə ən effektiv və təhlükəsiz üsul membran plazmaferezdir.

Müəllif: "Nəbz" Tibb mərkəzi


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan